Sığorta hadisələrinin (dəymiş zərərlərin) qiymətləndirilməsi. Sığorta sistemi bazar iqtisadiyyatının dinamik inkişaf edən sahələrindən biridir. Özünün obyektiv qanunları olan bazarın mövcud olduğu yerdə mütləq risk vardır. Risk olan yerdə isə sığorta olmalıdır. Bazar münasibətlərinin yeni şəraitində sığorta sisteminin təşkili prinsiplərində köklü şəkildə dəyişiklik edilməsi, sığorta bazarının formalaşması, sığorta sistemində inhisarın aradan qaldırılması, əhali arasında sığorta xidmətlərinin genişlənməsi və onun keyfiyyətinin hərtərəfli yüksəlməsi mühüm rol oynayır.

  • Zərərə uğramış sığorta predmetlərinə baxışın keçirilməsi
  • Zərərə uğramış sığorta predmetlərinin hissələrinin siyahısının hazırlanması
  • Sığorta predmetlərinə dəymiş zərərin qiymətləndirilməsi
  • Sığorta predmetlərinin tam məhvi halında, onların qalıq hissələrinin qiymətləndirilməsi
  • Qiymətləndirmə ilə əlaqədar müştərilərlə yarana biləcək mübahisələrin həlli istiqamətində müştərilərlə görüşlərin keçirilməsi
  • Statistik məlumatların qeydiyyatı və hesabatların verilməsi