Təsərrüfat məhsulları və ya digər mal materialını saxlamaq üçün anbar təsərrüfatı təşkil edilmişdir. Anbarlar - ümumi təyinatlı və ixtisaslaşmış anbarlardan ibarətdir. Hər bir anbar nömrələnir. Material-istehsalat ehtiyatları faktiki maya dəyəri ilə uçota alı­nır. Belə ki, bu material qiymətlilərin əldə edilməsinə çəkilən məs­rəflərdən (əlavə dəyər vergisi müstəsna olmaqla), material-is­teh­salat ehtiyyatlarının istifadə olunma vəziyyətinə gətirilməsinə qə­­dər çəkilən xərclərdən ibarətdir. Müəssisənin öz gücü ilə material-istehsalat ehtiyatları ha­zır­la­narkən onların faktiki maya dəyəri onların istehsalı ilə əla­qə­dar məsrəf məbləğindən asılı olaraq müəyyən edilir. Müəssisənin nizamnamə kapitalına (şərikli yığma) əmanət he­sabına qoyulan material-istehsalat ehtiyatlarının faktiki maya də­yəri təsisçilərin (iştirakçıların) razılaşdıqları qiymətdən asılı olaraq müəyyən edilir. Müəssisələrdən əvəzsiz alınan material-istehsalat ehtiyatla­rı­nın faktiki maya dəyəri mədaxil olunma tarixinə onların bazar qiy­mətindən asılı olaraq müəyyən edilir.

Material-istehsalat ehtiyatları istehsalata və digər çıxışlar üçün buraxıldıqda onların qiymətləndirilməsi (satınalma qiyməti ilə uçota alınan mallardan başqa) aşağıdakı üsulların biri ilə apa­rılır: 

hər bir vahidin maya dəyəri üzrə;

- orta maya dəyəri üzrə;

- vaxta görə birinci alınan material-istehsalat ehtiyatlarının ma­ya dəyəri üzrə (FİFO metodu)

- vaxta görə sonuncu alınan material-istehsalat ehti­yat­la­rı­nın maya dəyəri üzrə (LİFO metodu).

Müəssisə material-istehsalat ehtiyatlarını orta maya dəyəri ilə qiymətləndirə bilər. Orta maya dəyərini müəyyən etmək üçün hər bir ehtiyat növünün (qrupun) ayın əvvəlinə olan qalığın üzə­rinə həmin ayda daxil olan material ehtiyatlarının maya dəyərini gəl­mək və nəticəni onların miqdarına bölmək lazımdır. Beynəlxalq mühasibat uçotu praktikasında tətbiq edilən, FİFO və LİFO metodları üzrə qiymətləndirmə apa­rılır.