Estimate MMC şirkəti 2017-ci ildən istənilən növ daşınmaz və daşınar əmlakın, nəqliyyat vasitələrinin, biznesin və digər mülkiyyət növlərinin Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti” haqqında Qanununa, digər qanunvericilik aktlarına əsaslanaraq beynəlxalq qiymətləndirmə standartlarına və prinsiplərinə uyğun şəkildə müxtəlif metodlarla qiymətləndirilməsi və biznes planlarının hazırlanması üzrə xidmətlərini təklif edir. Şirkətimiz 2021-ci ildən etibarən AQC (Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti), İKZF (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu), AKİA (Aqrar Kredit və İnkişaf Agentliyi) təşkilatlarına üzvdür. Peşəkar mütəxəssislər, təcrübəli eskpert-qiymətləndiricilər tərəfindən operativ olaraq yüksək səviyyədə göstərilən xidmətlər hüquqi və fiziki şəxslərin müraciətləri əsasında rəsmi qaydada həyata keçirilir.