Hazırda əmlak bazarında ən çox təlabat mənzillərin qiymətləndirilməsinədir. Hər hansısa bir mənzilin dəyərinin qiymətləndirilməsi daşınmaz əmlakın mülkiyyət hüququnu və bazar qiymətini müəyyən edir. Sadalanan hallarda mənzillərin qiymətləndirilməsinə ehtiyac duyulur:

 1. Mənzilin satışı zamanı
 2. İpoteka müqaviləsi bağlanarkən
 3. Əmlak bölgüsü zamanı
 4. Miras və sığorta müqaviləsini dəyərləndirdikdə
 5. Girov dəyəri müəyyən edildikdə
 6. Mənzilin icarəsi zamanı 

İstənilən mənzil qiymətləndirildikdə bütün detallar nəzərə alınır. Mənzilin yerləşdiyi ərazi, ümumi sahə və otaqların sayı, tikildiyi il və tipi (tikinti zamanı istifadə edilən material, daş, kərpic və s.), mənzilin yerləşdiyi rayonun infrastruktur obyektlərinə nə qədər yaxın olması və s. bu detalları təşkil edir.

Mütəxəssislərimiz tərəfindən həm yeni, həm də köhnə tikililərin daşınmaz əmlak bazarında qiymətləndirilməsi peşəkar şəkildə aparılır.  Estimate şirkətinə müraciət edərək vaxtınıza qənaət edib bir gün ərzində Bakı, Sumqayıt və digər şəhərlərdə yerləşən əmlakınızın qiymətləndirmə prosesini həyata keçirə bilərsiniz.