Daşınar əmlak bazarında qiymətləndirmə fəaliyyətinə təlabət ən çox avtomobillərin qiymətləndirilməsinədir. Avtomobillərin qiymətləndirilməsi onun ümumi vəziyyətini dəyərləndirməyə, tez və dəqiq analiz etməyə, ilk baxışda nəzərə çarpmayan nüansları bilməyə şərait yaradır. Aşağıdakı hallarda avtomobillərin qiymətləndirilməsinə ehtiyac duyulur:

 1. Varislik zamanı
 2. Bağışlanarkən
 3. Alqı-satqı zamanı
 4. Vergi təyin edildikdə
 5. Kredit götürmə zamanı
 6. Sığorta zamanı
 7. Əmlak bölgüsü zamanı
 8. Mübahisəli məhkəmə işi olduqda və s. 

Qiymətləndirmə üçün daha çox alqı-satqı zamanı müraciət olunur. Qiymətləndirmə zamanı bütün detallar nəzərə alınmalıdır. Bunlara avtomobilin texniki vəziyyəti, istehsal və istismar ili, yürüyüşü və s. aid etmək olar.