Əmlak bazarında qiymətləndirməyə təlabatın olduğu daşınar əmlak növlərindən biri də avadanlıqlardır. Pul vahidləri və dəyərli əskinaslar da daxil olmaqla daşınmaz əmlaka aid edilməyən əşyalar daşınar əmlak kimi qəbul edilir. Avadanlığın qiymətləndirilməsi fəaliyyəti özündə daşınar əmlaka dəyər qatan avadanlığın bütün aspektlərini birləşdirir. Daşınar əmlaka misal olaraq dəzgahlar, qurğular, məişət əşyaları, mebel və s. göstərmək olar.
Şirkətimizin mütəxəssisləri sadədən tutmuş mürəkkəbədək müxtəlif tipli qiymətləndirmələri keyfiyyətli şəkildə, vaxtınıza və büdcənizə qənaət edərək həyata keçirir. Avadanlığın qiymətləndirilməsinə aşağıdakı hallarda ehtiyac duyulur:

1.     Avadanlığın alqı-satqısı zamanı
2.     Avadanlığın sığortası zamanı
3.     Avadanlığı kirayə və ya icarəyə verdikdə
4.     Avadanlıq buraxılışa icazəli səhmdar kapitala daxil edilikdə
5.     Avadanlıq təşkilatın balansına keçdikdə
6.     Verginin optimallaşdırılması zamanı 
7.     Avadanlığı girov qoyaraq kredit götürdükdə
8.     Müəssisə iflas etdikdə və kredit borclarını ödəmək üçün avadanlığın satılması məcburi olduqda
9.     Əməkdaşlığa son verilərkən və ya şirkətləri ayırdıqda avadanlıq bölünərkən və s.