Azərbaycanda daşınmaz əmlak bazarında qiymətləndirilməsinə təlabatın çox olduğu sifarişlərdən biri də yaşayış məqsədli daşınmaz əmlakdır. Bu tip daşınmaz əmlak növlərinə fərdi yaşayış evləri, villar, bağ evləri və s. aiddir. Fərdi yaşayış evlərinin qiymətləndirilməsi bankdan ipoteka almaq üçün, alqı-satqı zamanı, əmlak bölgüsi və mirasın qiymətləndirilməsi məhkəməsi üçün və həmçinin sığorta müqaviləsinin dəyərləndirilməsi üçün lazımdır. Fərdi yaşayış evlərinin qiymətləndirilməsi aşağıdakı hallarda aparılır:

 1. Alqı-satqı zamanı
 2. İpoteka müqaviləsi bağlanarkən
 3. Miras və ya əmlak bölgüsü zamanı
 4. Girov dəyəri müəyyən edildikdə
 5. Sığorta zamanı
 6. Mübahisəli məhkəmə prosesi olarsa
 7. Hər hansısa bir layihə zamanı ev sökülərsə

Qiymətləndirmə aparıldıqda bir çox amillər mütləq nəzərə alınmalıdır. Bunlara misal olaraq, əmlakın tipi, yerləşdiyi mövqe, istismara verildiyi il, əmlakın yerləşdiyi torpaq sahəsinin təyinatı, ümumi sahəsi, yerləşdiyi rayon və rayonun ekoloji durumu və s. göstərmək olar. Şirkətimizin mütəxəssisləri istənilən növ fərdi yaşayış evlərinin qiymətləndirilməsini peşəkar və operativ şəkildə həyata keçirir. Həm paytaxt Bakı, həmçinin digər şəhər və rayonlarda yerləşən ev, villa, bağ evləri və s. daşınmaz əmlakınızın qiymətləndirilməsini bizə etibar edərək vaxtınıza və büdcənizə qənaət edə bilərsiniz. Biz sizə daşınmaz əmlak bazarında ən uyğun və professional xidmət təklif edirik.