Əmlak bazarında qiymətləndirmə fəaliyyətinə qeyri-yaşayış sahələri də daxildir. Qeyri-yaşayış sahəsi dedikdə yaşamaq üçün deyil, ofis, administrativ və ya ictimai bina, bundan əlavə isə kommersiya məqsədləri üçün istifadə edilən obyektlər nəzərdə tutulur. 
Bu tip sahələr qaraj, ofis, ticarət və ya xidmət sahəsi üzrə obyektlər, anbar üçün istifadə edilən sahə, mağaza, istehsal binaları və s. ola bilər. Aşağıdakı hallarda qeyri-yaşayış sahələrinin qiymətləndirilməsinə ehtiyyac duyulur:

 1. Alqı-satqı
 2. İcarə qiymətini təyin etmək
 3. Satınalma dəyərini müəyyənləşdirmək
 4. Əmlak bölgüsü
 5. İnvestisiya mahiyyətinin müəyyənləşdirilməsi
 6. Hüquqi şəxsin maddi aktivlərinin qiymətləndirilməsi
 7. Daşınmaz əmlakın krediti
 8. Əmlak mübahisələrinin həlli və s.

Qiymətləndirilmə aparılarkən obyektin hansı tipdə olması, istifadəyə verildiyi il, yerləşdiyi rayon, mərtəbə, ümumi sahəsi, yerləşdiyi mövqeyi, əgər varsa pəncərə və eyvanların sayı, istifadə edildiyi məqsəd üçün əlverişliliyi, və s. nüanslar nəzərə alınır.
Estimate şirkəti olaraq biz sizə qeyri-yaşayış sahələrinin bazar qiymətinin operativ şəkildə dəyərləndirilməsini təklif edirik. Mütəxəssislərimizin zəngin təcrübə və bacarığı sayəsində qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi prosesi ən qısa vaxtda həyata keçirilir.